Brüssel görüşünün saatı açıqlandı

207 14-07-2023, 11:19 dunya

Brüssel görüşünün saatı açıqlandıİyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Birliyi (AB) Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək.

Xeberdar.net-in məlumatına görə, bu barədə AB Şurasının Mətbuat xidməti məlumat yayıb.

Ş.Mişelin İ.Əliyev və N.Paşinyanla görüşü yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 15:00-da) planlaşdırılır.

Görüş zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair məsələlər müzakirə olunacaq.

XƏBƏR LENTİ