Osmaniyə və Qəhrəmanmaraşda meşə yanır

293 15-07-2023, 15:08 dunya

Osmaniyə və Qəhrəmanmaraşda meşə yanırTürkiyənin Osmaniyə bölgəsinin Sumbas rayonunun Qafarlı kəndi yaxınlığındakı meşədə naməlum səbəbdən yanğın başlayıb.

Xeberdar.net-in məlumatına görə, külək nəticəsində yanğın sürətlə yayılıb.

Meşə Əməliyyat Müdirliyinin söndürmə qrupları bölgəyə göndərilib. 2 helikopterlə havadan, çiləyici texnika ilə qurudan müdaxilə edilən yanğın nəzarət altına alınmağa çalışılır.

Qeyd edək ki, 3 gün əvvəl eyni ərazidə baş verən yanğında 3 hektar əraziyə ziyan dəyib.

Bu gün günorta saatlarında, həmçinin, Qəhrəmanmaraşın Dulqədiroğlu rayonunda da meşə yanğını başlayıb. Yanğınsöndürənlər alovlara havadan və yerdən müdaxilə edirlər.

XƏBƏR LENTİ