MİT 40 dinc sakinin qatilini məhv etdi

236 15-07-2023, 17:29 dunya

MİT 40 dinc sakinin qatilini məhv etdiTürkiyənin Milli İstehbarat Təşkilatı (MİT) Suriyanın Menbiç bölgəsində antiterror əməliyyatı keçirib.

Xeberdar.net-in məlumatına görə, bu barədə Türkiyə mediası məlumat yayıb.

Əməliyyat çərçivəsində PKK/KCK-PYD/YPG üzvü olan terrorçu Heysem Cuma məhv edilib.

Xatırladaq ki, adı çəkilən terrorçu 2020-ci ildə Afrində törədilən teraktın əsas təşkilatçılarından olub. Həmin terror hadisəsi zamanı 40 mülki şəxs həyatını itirmişdi.