FHN əməkdaşı borca görə özünü asdı

222 16-07-2023, 23:08 cemiyyet

FHN əməkdaşı borca görə özünü asdıXaçmaz rayonunda intihar hadisəsi baş verib.

Rayon sakini 1990-cı il təvəllüdlü Elvin Tofiq oğlu Məmmədov özünü yaşadığı fərdi yaşayış evinin həyətində meyvə ağacından asaraq intihar edib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

E.Məmmədov FHN-in əməkdaşı olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır. (report)

XƏBƏR LENTİ