Xoyda bir nəfəri sel apardı

227 17-07-2023, 14:43 dunya

Xoyda bir nəfəri sel apardıİyulun 16-da Qərbi Azərbaycan əyalətinin Xoy mahalının Firoruq bölgəsində güclü yağışlardan sonra baş verən sel daşqını bir nəfərin həyatına son qoyub.

Xeberdar.net-in məlumatına görə, bu barədə Xoy şəhərinin fərmandarlığı məlumat yayıb.

Məlumata görə, sel nəticəsində, həmçinin, əkin sahələrinə ciddi ziyan dəydiyi və 100-dən çox mal-qaranın da tələf olduğu, Ağası və Miri kəndi kəndlərində 8 evin yararsız vəziyyətə düşdüyü bildirilib.

XƏBƏR LENTİ