İran ABŞ vətəndaşını həbs etdi

348 22-07-2023, 10:55 dunya

İran ABŞ vətəndaşını həbs etdiİran-ABŞ arasında məhbusların mübadiləsi ilə bağlı danışıqların aparıldığı bir vaxtda Tehran rejimimi daha bir amerikalını həbs edib.

Xeberdar.net-in məlumatına görə, bu barədə ABŞ-nın "Semafor" saytı məlumat yayıb.

Məlumatda həbs edilən ABŞ vətəndaşının kimliyi qeyd edilmədən onun İranda həbs edilən 4-cü Amerika vətəndaşı olduğu bildirilib.

"İran dördüncü Amerika vətəndaşını həbs edib. Bu da Bayden administrasiyasının məhbusların mübadiləsi və Tehranla gərginliyi azaltmaq səylərini çətinləşdirib”,- məlumatda qeyd edilib.

XƏBƏR LENTİ