İraqda iranlı zəvvarların qaldığı altımərtəbəli oteldə yanğın olub.
Xeberdar.net-in məlumatına görə, bu barədə İran KİV-ləri məlumat yayıb.
Məlumata görə, binadan zəvvarlar təxliyə olunub. İndiyədək 160 nəfərin oteli tərk etdiyi bildirilir.
Onlardan 30-dan çoxunun nəfəs yollarında problem yarandığı üçün xəstəxanaya yerləşdirilib.