Hərbçilər prezidenti girov götürdü?

224 26-07-2023, 17:59 dunya

Hərbçilər prezidenti girov götürdü?Niger Prezident Qvardiyasının bir qrup əsgəri paytaxt Niameydə dövlət başçısının ofisinin yerləşdiyi binasını bloklayıb.

[i]Xeberdar.net[/i]-in məlumatına görə,bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, yaşayış sahəsi də bağlanıb:

“Bununla belə, prezident iqamətgahının yerləşdiyi paytaxt ərazisində hərbi texnika yoxdur. Şəhərdə atışma eşidilməyib”, - məlumatda deyilir.

Qeyd olunur ki, bəzi mənbələrə əsasən, Prezident Məhəmməd Bazum üsyançıların əlindədir, onların sayı məlum deyil:

“Prezidentə yaxın başqa bir mənbə isə iddia edir ki, Bazum təhlükəsizlikdədir. O, hazırda hərbçilərlə danışıqlar aparır”.

XƏBƏR LENTİ