Rusiya Kerçdə keçidi bağladı

331 28-07-2023, 21:47 dunya

Rusiya Kerçdə keçidi bağladıRusiya Kerç boğazında istənilən kiçik qayıq və gəmi üçün keçidi bağlayıb.

Xeberdar.net-in məlumatına görə, bu barədə Krasnodar diyarının operativ qərargahı məlumat yayıb.

Məlumata görə, Rusiya Müdafiə Nazirliyinin komandanlığının qərarı ilə Temrük bölgəsində bütün kiçik gəmi və qayıqların Xroni burnu ilə Axilleon arasında və Takil burnu ilə Panagiya arasındakı xəttin şimalına və sahil xəttinə keçməsi qadağandır.

Qadağa təkcə donanmanın gəmiləri, katerləri, sərhəd xidməti orqanları və Rusiya Milli Qvardiyasının qoşunlarına şamil edilmir.

XƏBƏR LENTİ