Daha 2 küçədə sürət həddi endirildi

217 11-08-2023, 17:21 cemiyyet

Daha 2 küçədə sürət həddi endirildiBakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarə olunması məqsədilə tədbirlər davam etdirilir.

Bu barədə Xeberdar.net-ə Aərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bu tədbirlər çərçivəsində daha 2 küçədə sürət həddi endirilib.

11 avqust tarixindən paytaxtın Məhəmməd Hadi və Təbriz küçələrində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib. Hər iki yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edirik.

XƏBƏR LENTİ