Qusar-Quba yolunda avtobus aşdı: 19 yaralı

108 13-08-2023, 15:01 hadise

Qusar-Quba yolunda avtobus aşdı: 19 yaralı11:56

Avqustun 13-ü səhər saatlarında Qusardan Bakı istiqamətində hərəkətdə olan “Temsa” markalı sərnişin avtobusu aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Axar.az-a verilən məlumata görə, sürücü Ravil Mahmudovun idarə etdiyi avtobus Quba rayonunun Digah kəndi ərazisində yoldan çıxaraq aşıb.

Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub, xəsarət alan 19 nəfər TƏBİB-in tabeliyindəki Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan 4-ü azyaşlıdır.

Avtobusda 22 nəfər olub.

Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

XƏBƏR LENTİ