Hacıqabulda kütləvi zəhərlənmə - AQTA araşdırır

110 14-08-2023, 14:36 hadise

Hacıqabulda kütləvi zəhərlənmə - AQTA araşdırır09:22

Hacıqabulda kütləvi zəhərlənmə baş verib.

Xeberdar.net-in Report-a istinadən məlumatına görə, hadisə ötən axşam rayonun istirahət mərkəzlərindən birində qeydə alınıb.

Belə ki, rayonda istirahət mərkəzlərinin birindən paytaxta qayıdan zaman Bakı şəhər sakinləri, 2010-cu il təvəllüdlü Soltanəli Rövşən oğlu Məmmədli, 1987-ci il təvəllüdlü Fidan Rauf qızı Adıgözəlova, 1952-ci il təvəllüdlü Sidiqə Məmməd qızı Soltanova, 1994-cü il təvəllüdlü Pikəxanım Hafiz qızı Süleymanova, Nuranə Hüseyn qızı Süleymanova, 1973-cü il təvəllüdlü Afaq Soltanəli qızı Əliyeva, 2017-ci il təvəllüdlü Məhəmməd İlkin oğlu Süleymanovun halı pisləşib.

Həmin şəxslər dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri və müvafiq qurumların əməkdaşları tərəfindən Hacıqabul rayonunda baş vermiş hadisənin səbəblərinin araşdırılmasına başlanılıb.

Bu barədə AQTA-dan bildirilib.

"İlkin araşdırma zamanı məlum olub ki, Bakı şəhər sakinləri istirahət məqsədilə səfər etdikləri Oğuz rayonunda ev şəraitində hazırladıqları və yol kənarından aldıqları qida məhsullarını istehlak etdikdən sonra geri qayıdarkən Hacıqabul rayonu ərazisində vəziyyətləri pisləşdiyi üçün təcili tibbi yardıma müraciət ediblər. Tibbi yardım göstərildikdən sonra həmin şəxslər evə buraxılıblar. Araşdırmalar davam edir", - məlumatda qeyd edilib.

XƏBƏR LENTİ