Türkiyəyə dəhşətli isti dalğası yaxınlaşır

220 21-08-2023, 16:01 dunya

Türkiyəyə dəhşətli isti dalğası yaxınlaşırTürkiyəyə yeni isti dalğası yaxınlaşır, ölkənin bəzi bölgələrində havanın temperaturu mövsümi normadan 10 dərəcə yuxarı qalxacaq.

Xeberdar.net-in məlumatına görə, bu barədə ölkənin Baş Meteorologiya İdarəsi məlumat yayıb.

“Ölkənin şərq və cənub-şərqində müşahidə olunan isti dalğaları digər rayonlarda da öz təsirini göstərəcək. Havanın temperaturu mövsümi normadan 10 dərəcə yüksək olacaq”, - məlumatda qeyd olunub.

Meteoroloqların bildirdiyinə görə, ən yüksək temperatur Diyarbəkir (41), Qaziantep (40) və Ədirnədə (38) qeydə alınacaq.

XƏBƏR LENTİ