Van gölü kiçilir

302 13-09-2023, 17:56 dunya

Van gölü kiçilirYağıntının azalması və güclü buxarlanma gölü qurudur

Türkiyənin ən böyük gölü olan Van gölünün sahəsi kiçilir. Xeberdar.net Türkiyə mediasına istinadən bildirir ki, buna səbəb yağıntının azalması və güclü buxarlanmadır.

Qeyd olunub ki, suyun azalması səbəbindən gölün sahilində baş verən dəyişikliklər peyk görüntülərində də aydın nəzərə çarpır.

ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsinin (NASA) “Landsat” və Avropa Kosmik Agentliyinin “Sentinel-2” peykinin iyul ayında çəkdiyi fotoşəkillərdə əvvəllər su altında olan bir çox ərazinin quruya çevrildiyi görünür.

XƏBƏR LENTİ