Bakıda yol qəzası zamanı iki nəfər xəsarət alıb

104 19-09-2023, 09:47 hadise

Avtomobillər cərimə meydançasına yerləşdirilib

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Xeberdar.net APA-ya xəbər verir ki, qəza Fətəli Xan Xoyski prospektində qeydə alınıb.

Belə ki, hadisədə "BMW" və "KIA" markalı minik avtomobilləri toqquşub. Əraziyə polis əməkdaşları cəlb edilib.

Qəzada iki nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb. Hazırda yaralıların müayinəsi aparılır.

Hər iki minik maşına ciddi ziyan dəyib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.Bakıda yol qəzası zamanı iki nəfər xəsarət alıb

XƏBƏR LENTİ