Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətinin regional qrupundan Xeberdar.net-ə bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları Məhəmməd Mübariz oğlu Məmmədov və Gülağa Gülməmməd oğlu Məmmədov həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, sentyabrın 19-u saat 01:00 radələrində Füzulidə yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həmçinin, sentyabrın 19-u saat 04:00 radələrində Xocavənd rayonu ərazisində Azəravtoyol ASC-yə məxsus “Hovo” markalı yük avtomobili minaya düşüb, nəticədə sürücü və sərnişin hadisə yerində həlak olub.