Prokurorluq açıqladı: ermənilər sülhməramlıları güllələyibmiş...

178 21-09-2023, 20:28 dunya

Prokurorluq açıqladı: ermənilər sülhməramlıları güllələyibmiş...Ötən gün qanunsuz erməni silahlıları Rusiya Federasiyasının Sülhməramlı Kontingentinə məxsus avtomobili atəşə tutub, bir əsgər ölüb, biri yaralanıb.

Bu barədə Xeberdar.net-ə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Sentyabrın 20-də Azərbaycan Respublikasının Tərtər rayonunun Canyataq kəndi ərazisində RSK-ya məxsus Kamaz markalı avtomobil qanunsuz erməni silahlı birləşmələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 1 əsgəri ölüb, 1 nəfər hərbi qulluqçu isə yaralanıb.

XƏBƏR LENTİ