Rəsmi Bakı Səudiyyə və Albaniyanı təbrik etdi

200 23-09-2023, 19:10 dunya

Rəsmi Bakı Səudiyyə və Albaniyanı təbrik etdiAzərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib.

Xeberdar.net-in məlumatına görə, bu barədə qurumun X hesabında yazılıb.

“Milli Gün münasibətilə Səudiyyə Ərəbistanı hökuməti və xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq! Biz ikitərəfli əməkdaşlığımızın daha da inkişafını səbirsizliklə gözləyirik!”, - XİN-in təbrikində bildirilib.

Eyni zamanda, XİN diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Albaniyaya da təbrik göndərib:

“Dostumuz və tərəfdaşımız Albaniyanı 1993-cü ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının ildönümü münasibətilə ürəkdən təbrik edirik! Qoy dostluğumuz əbədi və sonsuz olsun!”