Əbu Baharinin əməliyyat nəticəsində saxlanıldığı bildirilir
İraq Təhlükəsizlik Xidməti Kərkük vilayətində antiterror əməliyyatı keçirib. Xeberdar.net-in məlumatına görə,bu barədə İraq Təhlükəsizlik Xidmətinin “X” səhifəsində bildirilib.
Məlumata görə, əməliyyat nəticəsində İŞİD terror təşkilatının yüksək rütbəli komandiri Əbu Bahari saxlanılıb.
Antiterror əməliyyatı Baş nazir Məhəmməd əs-Sudaninin göstərişi ilə həyata keçirilib.