Şəkidə dəhşət: oğul ata və anasını bıçaqladı

104 27-09-2023, 10:17 hadise

Şəkidə dəhşət: oğul ata və anasını bıçaqladıSentyabrın 26-sı saat 23:45 radələrində Şəki rayonunun Cəfərabad kənd sakinləri, 1954-cü il təvəllüdlü Səfər Əhmədov və arvadı 1959-cu il təvəllüdlü Gülşən Əhmədovanın kəsilmiş-deşilmiş xəsarətlər almaları barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Xeberdar.net-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənlərin övladı, 1981-ci il təvəllüdlü Yaşar Əhmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ