ABŞ senatoru, ermənipərəst Bob Menendez mövqeyindən istifadə edib Misirin maraqlarını gizli şəkildə təbliğ etdiyinə, rüşvət - nağd pul və külçə qızıl müqabilində Nyu-Cersi iş adamlarına qanunsuz yardımına görə çərşənbə günü məhkəmə qarşısına çıxacaq.
Xeberdar.net-in məlumatına görə,bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Qeyd edək ki, ötən həftə ittiham irəli sürüldükdən sonra Menendez Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verməyə məcbur olub.