Neft Daşlarında dalğanın hündürlüyü 2 metri keçdi

265 8-10-2023, 23:33 cemiyyet

Neft Daşlarında dalğanın hündürlüyü 2 metri keçdi16:13

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 8-i saat 14:00-a olan məlumatına əsasən cənub-qərb küləyinin maksimal sürəti arabir Qobustanda 18 m/s, Bakıda və Abşeron yarımadasında isə 17 m/s olub.

Milli Hidrometeorologiya Xidmətindən Xeberdar.net-ə verilən məlumata görə, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24-28 dərəcə isti, Naxçıvan MR-da 23 dərəcəyədək, Aran rayonlarında 25 dərəcəyədək, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.

***

Saat 20:00-a olan məlumatına əsasən cənub-qərb küləyinin maksimal sürəti arabir Qobustanda 18 m/s, Bakıda və Abşeron yarımadasında isə 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,5 metrə çatıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 25, Aran rayonlarında 23, dağlıq rayonlarda 19 dərəcəyədək isti olub.