Samuxda qətl törədilib

119 9-11-2023, 17:34 kriminal

Samuxda qətl törədilibSamux rayonunda qətl faktı qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, noyabrın 9-də saat 16:20 radələrində Samux rayonu Burunqovaq kəndi ərazisində 1986-cı il təvəllüdlü Abbasov Muraz Rəhim oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini - 2001-ci il təvəllüdlü Çələbiyev Eltac Xuday oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

XƏBƏR LENTİ