Göyçayda 6 otaqlı ev yandı

103 2-01-2024, 11:53 cemiyyet / hadise

Göyçay rayonunun Çaxırlı kəndində yanğın hadisəsi baş verib.

Bu barədə Xeberdar.net-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilib ki, Çaxırlı kəndində ümumi sahəsi 240 kvadratmetr (hər mərtəbəsi 120 kvadratmetr) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın söndürülüb.

XƏBƏR LENTİ