Gürcüstandan Putinə məktub: Bunu ləğv edin...

342 16-06-2024, 14:06 dunya

Gürcüstandan Putinə məktub: Bunu ləğv edin...Gürcüstanın Sülh naminə Həmrəylik Partiyasının nümayəndələri Moskva və Tiflis arasında viza rejimi məsələsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə müraciət ediblər.

Xeberdar.net-in məlumatına görə, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

“Hörmətli Vladimir Vladimiroviç, sizə Gürcüstan vətəndaşları üçün viza rejiminin tamamilə ləğv edilməsi xahişi ilə müraciət edirik”, - müraciətdə qeyd olunub.

Bundan başqa, Putindən Rusiyada qalma qaydalarını pozan və ya deportasiya edilən Gürcüstan vətəndaşlarına amnistiya verilməsi də xahiş edilib.

XƏBƏR LENTİ