Hüquqşünasdan Sahil Babayevə MÜRACİƏT: DSMF-nun işçiləri tərəfindən aşağıda göstərilən bu qanun pozuntularının

46 13-12-2024, 10:25 cemiyyet

Hüquqşünasdan Sahil Babayevə MÜRACİƏT: DSMF-nun işçiləri tərəfindən aşağıda göstərilən bu qanun pozuntularınınAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev c -na!
DÖVLƏT SOSİAL MÜDAFİƏ Fondunun İdarə heyətinin sədri Himalay Məmişov cənab-na!
Hörmətli cənab Nazir. Bu sahədə çalışan bir hüquqşünaskimi Sizdən xahiş edirəm Dövlət Sosial Müdafiə Fondunun işçiləri tərəfindən aşağıda göstərilən bu qanun pozuntularının aradan qaldırılması üçün müvafiq göstəriş verəsiniz.
Dövlət SOSİAL Müdafiə FONDU tərəfindən Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununin 36.1-ci maddəsi düzgün tədbiü olunmur, şəxslərin pensiya hüququ pozulur. Belə ki,
Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun: 36.1- ci maddəsinə əsasən: şəxsin orqanizminin funksiyalarının pozulması faizi dəyişdikdə, əmək pensiyası MƏBLƏĞİ -ORQANİZMİN FUNKSİYALARININ pozulması faizinin DƏYİŞDİYİ aydan sonrakı AYIN 1-DƏN YENİDƏN TƏYİN EDİLİR.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası kimi mənim mövqeyim belədir ki, bu Qanuna əsasən əgər: Orqanizmin funksiyalarının pozulması faizi dəyişərsə, bu qanunda yazıldığı kimi həmin şəxsin əvvəlki pensiyası ləğv edilir, növbəti ayın 1-dən yeni əmək pensiyası təyin edilir. Bu zaman həmin şəxsin əvvəlki pensiya təyini zamanı götürülən kapital yığımı və iş stajı deyil, yeni təyin olunan zaman mövcud olan iş stajı və kapital yığımı nəzərə alınır, yeni MƏBLƏĞDƏ təyin edilir.
Hüquqşünasdan Sahil Babayevə MÜRACİƏT: DSMF-nun işçiləri tərəfindən aşağıda göstərilən bu qanun pozuntularının
DSMF NƏ EDİR??? ŞƏXSİN ƏVVƏLKİ ƏMƏK PENSİYASINI FORMAL olaraq ləğv edir, ləğv olinduğu və ya yeni təyin olunduğu zaman şəxsin mövcud olan iş stajı, pensiya kapitalın deyil, birinci dəfə təyin olunmuş iş stajını və pensiya kapitalnı əsas götürür. NƏTİCƏDƏ şəxsin əmək pensiyası formal olaraq yenidən təyin edilsə də, əmək pensiyası artırılmır və köhnə məbləğdə qalır. Halbuki, əlillik qrupu dəyişənə qədər onun iş stajı, məsələn, 3-5 il artır, yığdığı pensiya kapitalıda bu müddətdə artır, lakin bu hallar yeni təyin olunmuş əmək pensiyasının məbləğinə heç bir təsir etmir.
Hesab edirəm ki, şəxsin əmək pensiyası bu əsasla ləğv olunub, yenidən təyin edilərkən:
Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən bu halda: ƏMƏK PENSİYASI ALAN şəxslərin YENİ ƏMƏK pensiyası təyin olunan zaman həmi dövrdə olan-iş stajı və KAPİTAL yığımı nəzərə alınmaqla yenidən hesablanamalı və təyin olunmalıdır.
Azer Quliyev
TEREF

XƏBƏR LENTİ