Bakının bu rayonunda qaz olmayacaq

123 10-02-2025, 09:50 cemiyyet

Bakının bu rayonunda qaz olmayacaqBu gün Bakının Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Axar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi rayonunda qaz xəttinin mənbəyə birləşdirilməsi məqsədilə fevralın 10-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri aparılan müddətdə C.Məmmədquluzadə, H.Ələsgərov, H.Sarabski, A.Qurbanov, Mərdanov qardaşları, N.Vəzirov, M.Sənani, A.Səhhət, N.Yusifbəyli, İ.İsmayılov küçələrində, Azərbaycan Dövlət Tibb Universiteti və 1 nömrəli xəstəxana ərazisində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

XƏBƏR LENTİ