Zaqatalada qəza: 4 nəfər xəsarət alıb

157 20-02-2025, 09:34 hadise

Zaqatalada qəza: 4 nəfər xəsarət alıbXəsarət alanlar müayinə olunub, müalicəyə cəlb edilib

Zaqatalada baş verən qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub. Xeberdar.net bildirir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Qax rayon Güllük kənd sakini 56 yaşlı Natiq Hüdulovun idarə etdiyi “Jiquli” markalı avtomobillə Ağcabədi rayon sakini 21 yaşlı Amil Şirinovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub.

Qəza zamanı “VAZ-2107”nin sürücüsü ilə yanaşı, ailə üzvləri - 47 yaşlı Loğman Şirinov, 40 yaşlı Əminət Şirinova və 13 yaşlı Hüseyn Şirinzadə xəsarət alıblar.

Xəsarət alanlar müayinə olunub, müalicəyə cəlb edilib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ