Azad olunmuş 8 rayonda poliqonların inşasına başlanıldı

211 27-02-2025, 15:31 cemiyyet

Azad olunmuş 8 rayonda poliqonların inşasına başlanıldıİşğaldan azad olunmuş 8 rayonda bərk tullantıların idarəsi ilə bağlı poliqonların inşasına başlanılıb.

Xeberdar.net Teleqraf-a istinadla məlumat verir ki, bunu Ekologiya Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov deyib.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə - 8 rayonda bərk tullantıların idarə olunması ilə bağlı poliqonlar təşkil edilib, layihələndirilib və tikintisinə başlanılır.

"Eyni zamanda, Xankəndidə ərazilərdən tullantıların təmizlənməsi həyata keçirilib. Həm üzvi tullantılar, həm təkrar emala gedəcək tullantılar üçün xüsusi konteynerlər qurulub", - D.Mütəllimov qeyd edib.

XƏBƏR LENTİ