Ramazan ayı başlayıb

97 1-03-2025, 11:04 cemiyyet

Ramazan ayı başlayıbMartın 1-i Ramazan ayının ilk günüdür

Bu gün Ramazan ayı başlayıb. Xeberdar.net-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Ramazan ayının başlaması münasibətilə fətvasında bildirilib ki, martın 1-i Ramazan ayının ilk günüdür.

Niyyət gecəsi fevralın 28-dən martın 1-ə keçən gecəyə təsadüf edir. Fətvada deyilir ki, builki Ramazan xalqımızın qədim bayramı Novruz günlərinə təsadüf edəcək, şəri baxımdan belə əlamətdar günlərin üst-üstə düşməsi cəmiyyətdə bir çətinlik yaratmır.

Təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni martın 18-nə təsadüf edəcək. Bundan əlavə, Ramazan ayının 20-dən 21-nə keçən gecə (20 mart), Ramazan ayının 22-dən 23-nə keçən gecə (22 mart) və Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) Qədr gecələri olacaq.

Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq.

XƏBƏR LENTİ