Ötən sutka 99 yanğına çıxış olub

30 10-03-2025, 11:48 cemiyyet

Ötən sutka 99 yanğına çıxış olubFHN qüvvələri tərəfindən 4 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən ötən sutka 4 nəfər xilas edilib. Xeberdar.net məlumat verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 99 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib.

XƏBƏR LENTİ