Naxçıvan şəhər icra Hakimiyyətinin başçısının müavini İmran Məmmədov Bakıda ticarət mərkəzi tikdirib.
Qlobal.az xəbər verir ki, İmran Məmmədovun ticarət mərkəzi Bakıda Ceyhun Hacıbəyli 41A ünvanında yerləşir.
Obyekt 3 mərətəbli və mansardlıdır.
Obyektin ümumi sahəsi 300 kvadrat metrdən artıqdır.
Qeyd edək ki, bu ərazidə qeyri-yaşayış binalarının, ticarət obyektlərinin 1 kvadrat metrinin satış qiyməti 7 min manatdan başlayır.
Xatırladaq ki, İmran Məmmədov Naxçıvan şəhər icra hakimiyyətinin başçısının müavini olmaqla yanaşı, həm də İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir.