Ziya Məmmədovun oğlunun şirkəti ləğv edilir

41 23-06-2025, 15:33 cemiyyet

Ziya Məmmədovun oğlunun şirkəti ləğv edilirAzərbaycanda beton istehsalı ilə məşğul olan "Qarant Beton" şirkəti ləğv edilir.

Xeberdar.net Modern.az-a istinadla məlumat verir ki, MMC şirkətin ləğvi ilə əlaqədar kreditorlara müraciət edib.

Kreditorlar iki ay ərzində tələbələrini bildirə bilərlər. Şirkətin ləğvi barədə elan "Vergilər" qəzetində dərc edilib.

“Qarant Sement Zavodu” kimi tanınan MMC "Garant Holding"in strukturuna daxil olub.

Sözügedən holdinqin rəhbəri sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.

XƏBƏR LENTİ