Mirəzim Zaidov – Klinikaya Yeni Nəfəs, Yeni Yanaşma
Psixologiya üzrə fəlsəfə doktoru, professor Mirəzim Zaidov tibb sahəsində uzun illər ərzində qazandığı zəngin təcrübə və yüksək peşəkarlığı ilə tanınan nüfuzlu mütəxəssislərdəndir. Türkiyə və Naxçıvanda uğurlu tibbi fəaliyyəti ilə yüzlərlə pasiyentin sağlamlığına qovuşmasına töhfə vermişdir. Onun həm cərrahiyyə, həm də psixoloji yanaşma sahəsindəki dərin bilikləri xəstəyə təkcə fiziki deyil, həm də mənəvi baxımdan tam bərpa yönümlü yanaşmanı təmin edir.
04.06.2025-ci il dən etibarən professor Mirəzim Zaidov Medaura klinikasının baş həkimi təyin edilmişdir. Bu təyinat sadəcə rəhbər dəyişikliyi deyil – klinikanın yeni inkişaf mərhələsinin başlanğıcıdır. Onun rəhbərliyə gəlməsində əsas məqsəd – klinikanın fəaliyyətini yenidən təşkil etmək, xidmət keyfiyyətini beynəlxalq standartlara uyğunlaşdırmaq və pasiyent mərkəzli yanaşmanı əsas prinsip kimi formalaşdırmaqdır.
Professor Mirəzim Zaidovun rəhbərliyi ilə klinikada aşağıdakı istiqamətlər üzrə geniş islahatlar həyata keçirilir:
Modern avadanlıqların gətirilməsi və tibbi texnologiyaların yenilənməsi;
Müxtəlif ixtisaslar üzrə yüksək ixtisaslı həkimlərin komandaya cəlb olunması;
Tibbi xidmətlərə yanaşmada həm fiziki, həm də psixoloji sağlamlıq balansının qorunması;
Resepsiya və qəbul prosesində pasiyentlərlə mehriban, anlayışlı və həssas münasibətin yaradılması;
Gigiyena, təhlükəsizlik və əməliyyatxana şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması.
Klinikanın gələcək hədəfi – yalnız ölkə daxilində deyil, region səviyyəsində də tanınan, etibarlı və innovativ tibbi mərkəzə çevrilməkdir. Professor Mirəzim Zaidovun elmi bilikləri, idarəçilik təcrübəsi və humanist yanaşması bu məqsədə çatmaqda əsas açardır.
Bugünkü inkişaf sabahın sağlam cəmiyyəti üçündür – bu, klinikanın əsas şüarıdır.