Bağlı qalan 8 cinayətin üstü açılıb

33 Dünən, 10:10 cemiyyet

Bağlı qalan 8 cinayətin üstü açılıbCinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb

İyulun 17-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Xeberdar.net məlumat verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

XƏBƏR LENTİ