Bakı-Naxçıvan-Bakı avtobus reysləri bərpa olunur

28 Dünən, 14:46 cemiyyet

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bərpa olunurİran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri bərpa edilir.

Xeberdar.net bu barədə AYNA-ya istinadən xəbər verir.

İyulun 19-dan Bakı-Naxçıvan, iyulun 20-dən isə Naxçıvan-Bakı reysləri sərnişinlərə əvvəlki qrafikə uyğun olaraq xidmət göstərəcək.

Qeyd edək ki, Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar təhlükəsizlik məqsədilə iyunun 13-dən sözügedən reyslər fəaliyyətini dayandırmışdı.

XƏBƏR LENTİ