Füzulidə ev yanıb

330 6-08-2025, 11:56 cemiyyet / hadise

Füzulidə ev yanıbYanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Füzulidə 6 otaqlı ev yanıb. Xeberdar.net məlumat verir ki, bu barədə FHN-in Mətbuat Xidmətindən xəbər verilib.

Bildirilib ki, rayonunun Aşağı Kürdmahmudlu kəndində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 6 otaqlı evin taxta atmaları 40 m² sahədə və evə bitişik ümumi sahəsi 20 m² olan mətbəxin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XƏBƏR LENTİ