Bu rayonlara yağış yağdı

176 12-08-2025, 11:42 cemiyyet

Bu rayonlara yağış yağdıAvqustun 12-i saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunub, bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb.

Xeberdar.net məlumat verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbər yayıb.

Düşən yağıntının miqdarı Astarada 14, Balakəndə 10, Lənkəranda 8, Qubada 6, Zaqatala, Qəbələ, Qaxda 5, Göyçay, Lerik, Goranboy, Ordubadda 2, Şəki (Kişçay), Şamaxı, Qobustan, Altıağac, Xaltan, Şabran, Şahdağ, Mingəçevir, Yevlax, Beyləqan, İmişli, Sabirabad, Neftçala, Yardımlı, Daşkəsən, Gəncə, Tovuz, Cəbrayıl, eləcə də Bakıda və Abşeron yarımadasında 1 mm təşkil edib.

Avqustun 11-də bəzi yerlərdə şərq küləyi əsib. Küləyin maksimal sürəti Culfada 21, Tərtərdə 18 m/s-dək güclənib.

XƏBƏR LENTİ