Xocalıda zavodda yanğın törədən qaynaqçı saxlanıldı

188 14-08-2025, 11:26 cemiyyet

Xocalıda zavodda yanğın törədən qaynaqçı saxlanıldıAvqustun 11-də Xocalı rayon Malıbəyli kəndi ərazisindəki sökülmüş mərmər zavodunda yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Xeberdar.net-ə bildirilib ki, araşdırmalarla yanğının 1998-ci il təvəllüdlü Ərşad Qasımovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Ə. Qasımov polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

XƏBƏR LENTİ