Azərbaycanda əhalinin sayı açıqlandı

70 12-09-2025, 11:21 cemiyyet

Azərbaycanda əhalinin sayı açıqlandıAzərbaycan əhalisinin sayı ilin əvvəlindən 20 min 654 nəfər və ya 0,2 faiz artaraq 2025-ci il avqust ayının 1-i vəziyyətinə 10 milyon 245 min 543 nəfərə çatıb.

Xeberdar.net məlumat verir ki, bu barədə xəbəri Dövlət Statistika Komitəsi açıqlayıb.

Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

XƏBƏR LENTİ