Sentyabrın 28-də Bakıdan III MDB Oyunlarının açılışının keçiriləcəyi Gəncəyə əlavə qatar reysi təyin olunub.
Xeberdar.net məlumat verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) xəbər yayıb.
Bildirilib ki, Bakıda Gəncəyə təyin olunan əlavə reys saat 13:00-da Bakıdan çıxacaq və saat 16:56-da Gəncə dəmiryol vağzalına çatacaq.
Biletin qiyməti 18.80 manat təşkil edir.