Azərbaycana 44 mindən çox dərmanın qanunsuz yolla keçirilməsinin qarşısı alınıb

73 28-09-2025, 16:58 cemiyyet

Azərbaycana 44 mindən çox dərmanın qanunsuz yolla keçirilməsinin qarşısı alınıb33 ədəd qutudan gömrük orqanına bəyan edilməyən dərman vasitələri aşkar edilib

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən külli miqdarda dərman vasitələri aşkar edilib. Xeberdar.net milumat verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilib ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Türkiyədən ölkə ərazisinə ərzaq məhsulları gətirən yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük yerində şübhəli cizgilər müəyyən olunub.

Yük yerinə baxış zamanı 33 ədəd qutudan gömrük orqanına bəyan edilməyən, müxtəlif adda, ümumi sayı 44 min 120 ədəd olan dərman vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ