Oğurluğa görə saxlanılan şəxsin avtomobilindən narkotik aşkarlanıb

75 29-09-2025, 12:19 cemiyyet

Oğurluğa görə saxlanılan şəxsin avtomobilindən narkotik aşkarlanıbHeroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb

Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayon ərazisində avtomobildən 1500 ABŞ dolları və 50 manat pul oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı Elvin Məmmədov saxlanılıb. Xeberdar.net məlumat verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, həmin şəxsin avtomobilinə baxış keçirilən zaman narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

XƏBƏR LENTİ