Sumqayıtda sərnişin avtobusu yanıb - VİDEO

78 29-09-2025, 13:52 cemiyyet

Sumqayıtda sərnişin avtobusu yanıb - VİDEOYanğın yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən söndürülüb: xəsarət alan yoxdur

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən AYNA.AZ-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin tərəfindən “İSUZU” markalı avtobusda baş vermiş yanğın yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtobusun yanar hissələri yanıb.

Xəsarət alan yoxdur.

XƏBƏR LENTİ