İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq
Bu gün Ağdaş şəhərinin bir hissəsi və 12 kənddə qaz təchizatında fasilə yaranacaq. Xeberdar.net məlumat verir ki, bu barədə Ağdaş Rayon İcra hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, Ağdaş rayonu ərazisində Dəhnəxəlil Qaz Paylayıcı Stansiyadan qidalanan qaz xətlərinin üzərində qaz ölçü qovşaqlarının quraşdırılması ilə əlaqədar olaraq bu gün səhər saatlarından işlər yekunlaşanadək Dəhnəxəlil 1-ci xətt ölçü qovşağından qidalanan RDUK-200 tipli qaz tənzimləyici qurğudan (Ağdaş şəhərinin bir hissəsi və 12 kənddə 2616 abonent) qaz təchizatı dayandırılacaq.
Qeyd edilib ki, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.