Bakının bu rayonunda qaz olmayacaq

35 23-10-2025, 09:56 cemiyyet

Bakının bu rayonunda qaz olmayacaq“Səbail” QPS-dən (qaz paylayıcı stansiya) qidalanan “Köhnə Qanlı Göl” qaz xətti üzərində yeni qaz tənzimləyici qovşağın birləşmə işləri ilə əlaqədar, 23.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

"Azəriqaz"dan Xeberdar.net-ə verilən məlumata görə, təmir-quraşdırma işləri görülən müddətdə Yasamal rayonu, Qanlı Göl yaşayış massivinin, Ü.Ələkbərov, R.Tağıyev və 7-ci Alatava küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.