Cəlilabadda avtomobil AŞDI: Xəsarət alanların vəziyyəti açıqlandı

36 23-10-2025, 11:03 cemiyyet / hadise

Cəlilabadda avtomobil AŞDI: Xəsarət alanların vəziyyəti açıqlandıOktyabrın 23-də saat gecə 3-də yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan beş nəfər (kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib:

"2007-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Digər dörd şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri kafi olaraq qiymətləndirilir".

Məhərrəm Əliyev

10:34

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, rayonun Təklə kəndi ərazisində qeydə alınıb.

Bu gün səhər saat 04 radələrində Yardımlı rayonu sakini Arzu Abdullayev "Nissan " markalı avtomobilə idarəetməni itirib və nəticədə maşın aşıb.

Hadisə avtomobilin dumana düşməsi səbəbindən baş verib.

Qəza nəticəsində sürücü və avtomobildə olan dörd həmkəndlisi müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.