DİM-in xərcləri iki milyon manat artırılır

26 Dünən, 11:14 cemiyyet

DİM-in xərcləri iki milyon manat artırılır2026-cı il dövlət büdcəsində Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyətinə 21.3 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Xeberdar.net Oxu.Az-a istinadən məlumat verir ki, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Bu məbləğ 2025-ci illə müqayisədə 2 milyon manat və ya 10.2% çoxdur.