“Dövlət: 33 il əvvəl, bu gün və 33 il sonra” - Səxavət Əlisoyun kitabı təqdim olundu+FOTO

100 Bu gün, 16:15 siyaset / cemiyyet / gundem

“Dövlət: 33 il əvvəl, bu gün və 33 il sonra” - Səxavət Əlisoyun kitabı təqdim olundu+FOTOUzun illər ictimai-siyasi proseslərin aktiv iştirakçısı olmuş tanınmış həkim, publisist Səxavət Əlisoyun "Dövlət: 33 il əvvəl, bu gün və 33 il sonra" kitabının təqdimat mərasimi keçirildi.

Xeberdar.net-in məlumatına görə, ictimai-siyasi fəallar, elm adamları, jurnalistlərin iştirak etdiyi tədbirdə əsasən Azərbaycanın son bir neçə on iliklərdə yaşadığı hadisələrdən bəhs olunub.

Kitabın ön söz müəllifi filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli bildirib ki, Səxavət Əlisoyun müəllifliyilə işıq üzü görən "Dövlət: 33 il əvvəl, bu gün və 33 il sonra" nəşrini ictimai-siyasi hadisələrin tarixi salnaməsi adlandırmaq olar.

“Müəllif kitabda ciddi siyasi burulğanlardan keçərək meydana çıxmış müstəqil dövlətimizin tarixini yazarkən yalnız quru faktları deyil, həm də ideoloji, mədəni və mənəvi tərəfləri də diqqətdə saxlayıb”, - deyən Q.Məhrrəmli əsərin yaxın tariximizə ətraflı işıq saldığını qeyd eddi.

Onun qənaətinə görə, "Dövlət: 33 il əvvəl, bu gün və 33 il sonra" kitabı gənclərə dövlətçilik şüurunun aşılanmasında çox böyük rol oynayacaq.

Almaniyada yaşayan tarixçi Ələsgər Siyablı Səxavət Əlisoyun kitabını siyasi publisistika yanrında yazılmış və çağdaş Azərbaycanın tarixindən bəhs edən ən yaxşı əsərlərdən biri adlandırdı. Onun sözlərinə görə, müəllif kitabda müasir tariximizin önəmli hadisələrini təhlil edərək, siyasi icmal formasında oxuculara təqdim edib:

“İnanıram ki, Səxavət Əlisoyun Azərbaycanın çağdaş siyasi tarixinin təhlilinə həsr olunmuş bu kitabını oxucular böyük maraqla qarşılayacaqlar”.

Tədbirdə çıxış edən ictimai-siyasi fəallar Bədrəddin Quliyev, Tapdıq Abbas, İlham Hüseynov və digərləri "Dövlət: 33 il əvvəl, bu gün və 33 il sonra" kitabının real faktları əks etdirdiyini, müəllifin siyasi təhlillərdə tərəfsizliyi, obyektivliyi qoruduğunu vurğulayıblar.

Sonda çıxış edən müəllif Səxavət kitabda müstəqil Azərbaycana rəhbərlik edən şəxslərin dövlət və dövlətçilik naminə gördükləri işləri maksimum obyektivliklə oxucuların diqqətinə çatdırdığını bildirdi.

“Bu 33 ildə dövlətin keçdiyi mürəkkəb, çətin, əzablı və ləyaqətli yolu bilgilərimə, həyat təcrübəmə, gördüklərimə, yaşadıqlarıma, şahidlik etdiyim olaylara söykənərək anlatmaq istədim...
Kitabda obyektivlikdən, reallıqdan, həqiqətdən uzaq bir cümləyə belə rast gəlməyəcəksiniz. Gəlsəniz, açıq-aşkar iradınızı bildirə bilərsiniz. Kitabın oxucularda, xüsusilə gənc nəsildə dövlətçilik şüurunun formalaşmasında az da olsa, rol oynayacağı qənaətindəyəm...

Dövləti “ev” olaraq görməyin, bu evin inşasının, inkişafının, qorunmasının hər bir vətəndaşın müqəddəs görəvi olduğunu yazdım. Kitab müstəqil Azərbaycan dövlətinin son 33 ilinə (1991-2024) dair bir dəyərləndirmədir. Ümid edirəm ki, hər bir oxucu bu kitabdan özü üçün nəsə götürəcək...”

Xeberdar.net