Bayram günlərində hava necə olacaq?

53 7-11-2025, 15:24 cemiyyet

Bayram günlərində hava necə olacaq?Qarşıdakı günlərin hava proqnozu açıqlanıb

Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Xeberdar.net-ə verilən məlumata görə, noyabrın 8-9-10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 10-14, gündüz 17-20 dərəcə isti olacaq.

Rayonlarda noyabrın 8-9-10-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı və arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 8-13, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

XƏBƏR LENTİ